SIĞORTA

Tibbi sığortada yeniliklər edib – AİLƏLƏR DƏ SIĞORTALANACAQ
06 OKTYABR
551

Tibbi sığortada yeniliklər edib – AİLƏLƏR DƏ SIĞORTALANACAQ

2016-10-06 10:23:00

“Azərbaycan Sənaye Sığorta” bölgələrdə könüllü tibbi sığortanın genişləndirilməsi üçün işlərə başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, sığortalı müştərilərin təklifləri nəzərə alınaraq tibbi sığorta paketlərinin sayı və eyni zamanda əməkdaşlıq edilən klinikaların sayı artırılır. Sığorta şirkəti bununla bağlı bölgələrdə yerləşən iri müəssisələrdə işçilərin tibbi sığorta ilə bağlı məlumatlandırılması və tibbi sığorta xidmətindən səmərəliliyinin artırılması məqsədi ilə görüşlər keçirir və onların təkliflərini dinləyir. Sığorta şirkətinin nümayəndə heyəti bu məqsədlə sentyabr ayının 23-dən 26-na kimi 3 gün ərzində Biləsuvar,Xaçmaz, Kürdəmir, İmişli və Padarçöldə  yerləşən 5 istehsal müəssisəsində olub.

Artıq tibbi sığortanı hər kəs cibinə uyğun ala biləcək

Şirkətin İdarə Heyətinin sədr müavini Kamran Babayev fins.az-a bildirib ki, könüllü tibbi sığortaya marağın artırılması üçün əsas iki məsələ öz həllini tapıb. Birincisi müştərilərin istəyi nəzərə alınaraq tibbi sığorta artıq 3 paketdə təqdim edilir - Silver, Gold və Platinium.

Yəni, nisbətən az əmək haqqı alan və xərclərini cibinə uyğun etmək istəyən müştəri də, maksimum təminatla tibbi sığorta xidmətlərindən yararlanmaq istəyən işçilər də uyğun sığorta paketini seçə biləcəklər. 

İşçilərin ailələri də endirimli tibbi sığorta alacaq

Nəticədə isə işçi ambulator müayinədən cərrahiyyə əməliyyatına qədər demək olar ki, bütün tibbi xidmətlərdən yararlanma imkanı əldə edir. Şirkətin Tibbi sığorta departamentinin direktoru D.Məmmədova deyir ki, istehsal müəssisələrində keçirilən görüşlərdə  müştərilərə tibbi sığorta paketinin çeşidləri haqqında məlumat verilib: “Belə ki, əvvəl yalnız bir paketdə tibbi sığorta müştərilərə təqdim edilirdi. Lakin indi daha yüksək tibbi xidmətlərdən istifadə və daha böyük təmanatda tibbi sığorta əldə etmək istəyənlər üçün Platinium paketi təqdim edilir." 

Müayinə üçün Bakıya gəlmək lazım olmayacaq

Digər tərəfdən əsas problemlərdən biri də bölgələrdə özəl klinikaların az olmasıdır. Onlar müştərilərin tələbatını ödəmək qabiliyyətində deyillər. Nəticədə, sığortalı müştərilər elementar tibbi xidmətlər üçün də  -  tibbi müayinədən keçmək və ya tibbi xidmətdən istifadə etmək üçün Bakıya gəlməli olurdular. Şirkətin artıq bu problemin həllinə başlayıb. Belə ki, ötən ilə nisbətən bu il bölgələrdə əməkdaşlıq edilən klinikaların sayı 20 % artırılıb və bu istiqamətdə işlər davam etdirilir.

İstənilən özəl klinika sığortaya qoşula bilər

O cümlədən, müştərilərə xidmət göstərilməsi üçün iki rayonda- İmişlidə və Xaçmazda klinikalarla artıq müqavilə bağlanılıb. K.Babayev deyib ki, bölgələrdə özəl klinikaların azlığı sığorta şirkətinin seçim imkanlarını məhdudlaşdırır. Ona görə də ilkin tibbi xidmətlərin göstərilməsi üçün özəl klinikalarla heç bir məhdudiyyət qoyulmadan əməkdaşlığa başlanılır. Belə ki, müştərilər sadə tibbi xidmətləri regiondakı klinikalarda alacaqlar. Əsas tibbi xidmətlər, o cümlədən cərrahiyə əməliyyatları isə sığorta şirkətinin Bakıda əməkdaşlıq etdiyi klinikalarda həyata keçiriləcək. Şirkətdən verilən məlumata görə, “Azərbaycan Sənaye Sığorta” növbəti mərhələdə Lənəkəran və Qəbələdə  müştərilərə xidmət göstərilməsi üçün 2 klinika ilə əməkdaşlığa başlayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275