SIĞORTA

“Qala Sığorta” nizamnamə kapitalını artırır
05 OKTYABR
391

“Qala Sığorta” nizamnamə kapitalını artırır

2016-10-05 18:29:00

“Qala Sığorta” ASC nizamnamə kapitalını 1 milyon 263 min 500 manat və ya 18,6% artırır. Fins.az-ın məlumatına görə, 27 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qala Sığorta” ASC-nin hər birinin nominal dəyəri 23 manat olan 350000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1003009219 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Səhmlər Cəmiyyətin AZ1002009210 qeydiyyat nömrəsi və hər birinin nominal dəyəri 19.39 manat olan 350000 ədəd adi sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Yerləşdirmə uğurlu olarsa “Qala Sığorta” ASC-nin nizamnamə kapitalı 6 milyon 786 min 500 manatdan 8 milyon 50 min manata yüksələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275