SIĞORTA

Sığorta şirkətləri “Elektron imza”nın tətbiqinə başlayıb
05 OKTYABR
357

Sığorta şirkətləri “Elektron imza”nın tətbiqinə başlayıb

2016-10-05 17:57:00

Azərbaycanda fəaliyyət göstərən bir sıra sığorta şirkəti "Elektron imza"dan istifadə etməklə onlayn sığortanın tətbiqinə başlayıb. Bununla da, "AXA Mbask", "Xalq", "Atəşgah" və "AZ-sığorta" şirkətləri vətəndaşlara sığorta şəhadətnaməsini onlayn əldə etmək imkanı yaratmış olacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, həmin sığorta şirkətləri nazirliyin Milli Sertifikat Xidməti Mərkəzinin (MSXM) yaratdığı serverə əsaslanan imzalama sisteminə inteqrasiya edilib. Bu server sistemi onlayn ödəniş, bankçılıq və digər elektron xidmətlər təqdim edən təşkilatların arayışlarını və digər vacib sənədləri qurumun səlahiyyətli şəxslərinin adından avtomatik imzalama imkanına malikdir. Belə ki, yüksək imzalama zərurətinin təmin edilməsinə şərait yaradan sistem, sığorta şirkətlərinə vətəndaşın elektron müraciətini gücləndirilmiş e-imza ilə təsdiq edərək tələb olunan quruma (icbari sığorta bürosuna) göndərmək imkanı verir.

Serverə əsaslanan imzalama sistemi tam təhlükəsizdir. Təhlükəsizliyin təmin edilməsi üçün açarlar “USB token” vasitəsilə qorunur və tam dayanıqlığı təmin olunur. Sistem il ərzində avtomatik olaraq milyonlarla imzanın yaradılmasını təmin edir.

Xidmətdən istifadə etmək istəyən təşkilatlar MSXM-ə müraciət edib server üzərində elektron sənədlərin imzalaması üçün imza sertifikatı və xidməti açar əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272