SIĞORTA

Sığortaçılar və avtoservislər bir işləyəcək – TOPLANTI
05 OKTYABR
680

Sığortaçılar və avtoservislər bir işləyəcək – TOPLANTI

2016-10-05 17:22:00
Azərbaycanda sığortalanmış avtomobillərin qəzaya düşməsi ilə bağlı təmir işlərinin illik dövriyyəsi 50 milyon manat təşkil edir. Fins.az-ın məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən «Sığortaçılar, servis mərkəzləri və ehtiyat hissələri tədarükçülərinin simpoziumu»nda bildirilib. 
«Audotex-Azerbaycan» şirkətinin təşkilatçılığı ilə keçilirən sipoziumda Avtomobillə bağlı sığorta hadisələri, dəymiş zərərlərin qiymətləndirilməsi,  avtomobillərin təmiri və sığorta şirkəti-servis mərkəzi münasibətləri müzakirə edilib. 
Tədbirdə «Audotex-Azərbaycan» şirkətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İcbari Sığorta Bürosunun (İSB), sığorta şirkətlərinin, Bakıda fəaliyyət göstərən əsas servis mərkəzlərinin, eləcə də avtomobillərin ehtiyat hissələrinin tədarükü ilə məşbul olan böyük şirkətlərin nümayəndələri iştirak edib. 
«Audotex-Azərbaycan» şirkətinin icraçı direktoru Zakir Kərimzadə fins.az-a bildirib ki, tədbirdə məqsəd, avtomobil sığortası və təmiri bazarındə üç əsas tərəfi – sığortaçılar, servis mərkəzləri və ehtiyat hissələri təchizatçılarını bir araya gətirmək olub: «İndiyədək bu sahədə sistemli əməkdaşlıq olmayıb. Bazardakı əsas tərəflər bir-birlərini yaxşı tanımırlar. Bu tədbirdə isə onlar bir araya gələrək əməkdaşlığı müzakirə edirlər». 
Tədbirdə Audatex-Azərbaycan şirkətinin yaranmasından keçən bir il ərzində şirkətin gördüyü işlər, həyata keçirdiyi layihələr və sığorta bazarındakı fəaliyyəti müzakirə edilib. Eləcə də ilk dəfə olaraq Audatex-Azərbaycan tərəfindən ilk dəfə olaraq mərkəzləşdirilmiş tender sistem idə təqdim olunub.
Sipoziumda sığortaçılar, servis mərkəzləri və ehtiyat hissə tədarükçüləri arasında aktual məsələlərlə bağlı müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275