SIĞORTA

Tibbi sığorta endirimlə – YENİLİK
05 OKTYABR
1154

Tibbi sığorta endirimlə – YENİLİK

2016-10-05 16:50:00

“A Qroup” sığorta şirkəti bu gündən etibarən yeni kampaniyaya başlayıb. Şirkətin idarə heyətinin müşaviri Abbas Babayev fins.az-a bildirib ki,  “A Qroup”  facebook səhifəsində yeni- “Günün adı” kampaniyası keçirir.

“Facebook”u izləyib öz adını tapanlara 3 sığorta növündə 20 % endirim

Belə ki, hər gün facebook səhifəsində kampaniyaya uyğun olaraq bir qız, bir oğlan adı qeyd edilir.Səhifəni izləyərək öz adını tapan müştəri sığorta şirkətinə həmin gün müraciət edərək 3 sığorta növü üzrə 20 % endirim əldə edə bilərlər.Söhbət tibbi, əmlak və kasko sığortadan gedir. A.Babayev bildirib ki, müştəri eyni zamanda 3 sığorta növündən də endirim əldə edə bilər.Məsələn, 10 min manatlıq avtomobilin kasko sığortası 300 manatdırsa, endirimlə bunu 240 manata əldə etmək mümkündür. 10 min manat təminatla könüllü fərdi tibbi sığorta almaq adi qaydada 500 manata başa gəlirsə, kampaniya çərçivəsində bunu 400 manata əldə etmək olar.O cümlədən, ev sığortasını daha ucuz almaq olar.Məsələn, Bakıda 100 min manatlıq  evin könüllü sığortası 200 manatdır. “Günün adı” çərçivəsində şəxsiyyət vəsiqəsilə şirkətə yaxınlaşan müştəri bunu 160 manata əldə edə bilər.A.Babayev bildirib ki, kampaniyadan yararlanaraq müştəri ümumilikdə 3 sığorta məhsulunu 200 manat daha ucuz əldə edə biləcək.

 A.Babayev:“İnsanların sığortaya marağını artırmaq istəyirik”

Onun sözlərinə görə, kampaniyanın keçirilməsində əsas məqsəd  sığortaya marağın artırılmasıdır. Belə ki, hazırkı iqtisadi şəraitdə gözlənilməz xərclərdən yaxa qurtarmaq üçün daha vacib olsa da, insanların pul ayırdığı sonuncu məhsuldur.Hər bir vətəndaş üçün ən əhəmiyyətli 3 şey var. Sağlamlıq, ev və avtomobil. A.Babayev bildirib ki, “A Qroup Sığorta” da fərqli marketinq gedişləri sayəsində insanlar üçün daha çox əhəmiyyət daşıyan əmlak, tibbi və kasko sığortaya diqqəti yönəltmək istəyir. Belə ki, bu sığorta məhsullarını əldə etməklə müştəri avtomobil qəzasından yayına, o cümlədən hər hansı xəstəlikdən qoruna və ya evini yanğından xilas edə bilməsə də, bu hadisələr nəticəsində dəyən maddi ziyanı qarşılaya bilər.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272