SIĞORTA

Yanan quşçuluq fermasına görə 200 min manat sığorta pulu verildi
04 OKTYABR
420

Yanan quşçuluq fermasına görə 200 min manat sığorta pulu verildi

2016-10-04 11:19:00

“Azsığorta”  şirkəti  avqust ayında böyük ödəniş edib.  Şirkətdən fins.az-a verilən məlumata görə, ödəniş  daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilib. Belə ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən quşyetişdirmə sexlərinin birində  böyük yanğın baş verib.Yanğın nəticəsində, həmin sexin 1700 kv. m. sahəsinə külli miqdarda ziyan dəymişdi. Müvafiq dövlət orqanı tərəfindən, yanğının səbəbi kimi, elektrik xəttlərində yaranmış, qəza halı müəyyən olunmuşdu.  

“Azsığorta”   şirkəti əmlaka dəymiş ziyanı tam qarşılayaraq, 200 000 manat sığorta ödənişi edib. Şirkətdən bildirilib ki, ümumilikdə isə bu ilin yanvar-avqust aylarında  Azsığorta” şirkəti 4,9 mln. manatdan artıq sığorta ödənişi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271