SIĞORTA

“Standard Insurance”dan son vəziyyətlə bağlı – AÇIQLAMA
03 OKTYABR
1330

“Standard Insurance”dan son vəziyyətlə bağlı – AÇIQLAMA

2016-10-03 15:45:00

“Standard İnsurance” sığorta şirkətinin bu ilin 9 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə,  yanvar-sentyabr ayları üzrəmüxtəlif sığorta növlərindən 17 317 717 manat sığorta haqqı toplanılıb.  Bu keçən ilin eyni dövrü ilə müqayisədə 2,63% çoxdur. Ötən il bu rəqəm 16 873 072 manat olub. 

9 ayda şirkətin  sığorta ödənişlərinin ümumi həcmi isə  4 650 326 manat təşkil edib.  “Standard İnsurance” topladığı hər  100 manatdan 26,8 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb.

Bundan əlavə sığorta şirkətindən fins.az-a bildirilib ki,  “Standard İnsurance” inkişaf strategiyasına uyğun olaraq satış şəbəkəsini inkişaf etdirməyə davam edir. Bu strategiyaya uyğun olaraq sentyabr ayında  Xaçmaz şəhəri və Ağcabədi rayonunda iki yeni satış ofisi açılaraq müştərilərin xidmətinə verilib. Yeni nümayəndəliklərdə avtomobillərin icbari sığortası ilə yanaşı, digər icbari və könüllü sığorta növlərinin satışı planlaşdırılır.

Şirkətdən o da bildirilib ki, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində işlərini davam etdirəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272