SIĞORTA

İş yerində həlak olanın ailəsi 105 min manat – ÖDƏNİŞ ALIB
03 OKTYABR 2016
885

İş yerində həlak olanın ailəsi 105 min manat – ÖDƏNİŞ ALIB

2016-10-03 11:30:00

Bakıda iş yerində huşunu itirərək həlak olan şəxsə görə, böyük sığorta ödənişi həyata keçirilib. Fins.a-ın məlumatına görə, bu barədə «PAŞA Həyat» sığopta şirkətindən bildirilib. Şirkətdən bildirilib ki, neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin birində çalışan sığortalı işçi iş zamanı bədbəxt hadisə nəticəsində vəfat edb. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş şəxsin ailəsinə - faydalanan şəxsin müvafiq bank hesabına 105 101 manat həcmində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək «PAŞA Həyat» tərəfindən işçilərin icbari sığortalanması üzrə 1 890 955 manat həcmində sığorta ödənişi verilib. Ötən illə müqayisədə bu göstərici 86,5% çox olub.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267