SIĞORTA

Azərbaycanda bir ayda sığortalanan avtomobillərin sayı 70 minə çatdı
03 OKTYABR
142

Azərbaycanda bir ayda sığortalanan avtomobillərin sayı 70 minə çatdı

2016-10-03 10:06:00

 İcbari Sığorta Bürosu ötən ay icbari qaydada sığortalanan avtomobillərin sayını açıqlayıb. Bürodan fins.az-a verilən məlumata görə, sentyabr ayı ərzində informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb. 2015-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2,0% artım müşahidə edilib. Bunların 10 625-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtomobillər təşkil edib. 2016-cı ilin sentyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 milyon manata yaxın olub.

Bu ilin avqust ayı ilə müqayisədə isə sentyabr ayında avtomobillərin icbari sığortası üzrə orta sığorta haqqı məbləği 2.7% artaraq 81.4 manat təşkil edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270