SIĞORTA

Kiçik şirkətdən böyük artım – SIĞORTA HESABATI
30 SENTYABR
478

Kiçik şirkətdən böyük artım – SIĞORTA HESABATI

2016-09-30 10:27:00

“Azərqarant Sığorta” şirkəti bu ilin 8 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımlarının həcmi  58,3 % artaraq 219 085 manat təşkil edib. Halbuki, 2015-ci ilin yanvar-avqust aylarında isə 138 404 manat sığorta haqqı toplanılmışdı. Sığorta haqqlarının əsas hissəsi fərdi qəza, tibbi və əmlak sığortasının payına düşüb. Sığorta şirkətinin bir aylıq yığımlarının həcmi isə cəmi 18 025 manat olub.

Yığımlardan fərqli olaraq şirkətin ödənişləri 53,6% azalıb.Belə ki, ötən ilin 8 ayında 1624 manat ödəniş edilibsə, bu il bu rəqəm 752 manat olub.

 “Azərqarant” topladığı hər 100 manatdan cəmi 3 manatını  ödəniş olaraq müştərilərinə qaytarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271