SIĞORTA

Sığorta şirkəti Qubada filial açdı
29 SENTYABR
421

Sığorta şirkəti Qubada filial açdı

2016-09-29 15:27:00

“Meqa Sığorta” şirkətinin Quba şəhərində yeni - “Şimal” filialı açılıb. Şirkətdən fins.az-a verilən məlumata görə, məqsəd regionlarda fəaliyyət dairəsini genişləndirməkdir. Belə ki, yeni filial vasitəsilə ölkənin şimal rayonlarında, xüsusilə Quba, Qusar, Xaçmaz və Xudat şəhərləri üzrə fiziki və hüquqi şəxslərə bütün növ sığorta xidmətləri və məhsullarını təqdim ediləcək. Bundan əlavə, sığorta hadisələrinin tənzimlənməsini həyata keçiriləcək. Açılmış yeni filial şimal regionu üzrə müştəri xidmətləri  keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək. 

Bununla da, “Meqa Sığorta”nın Bakı ofislərindən əlavə olaraq filial və nümayəndəliklərinin sayı 14-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272