SIĞORTA

“AXA MBASK”ın yığımları artıb – HESABAT
29 SENTYABR
243

“AXA MBASK”ın yığımları artıb – HESABAT

2016-09-29 10:04:00

“AXA MBASK” sığorta şirkətinin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, yanvar-avqust aylarında şirkətin yığımları 21,9 % artaraq 14,958 milyon manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 12,268 milyon manat təşkil edib. Sığorta şirkətinin ödənişləri isə əksinə olaraq 22,8 % azalaraq 5,842 milyon manat olub. 2015-ci ilin yanvar-avqust aylarında “AXA MBASK”ın ödəniş xərci 7,569 milyon manata çatıb. Bundan əlavə şirkətin zərərliliyi azalıb. Belə ki, sığorta şirkəti ötən il topladığı hər 100 manatdan 61,6 manatını ödəniş olaraq geri qaytarıbsa, bu il bu rəqəm 39 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272