SIĞORTA

Daha bir şirkət icbari avtomobil sığortasına başlayır
27 SENTYABR
577

Daha bir şirkət icbari avtomobil sığortasına başlayır

2016-09-27 16:52:00

 "Qala Sığorta" şirkəti avtomobillərin icbari sığortasına başlayır. Bu barədə fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Palatadan verilən məlumata görə, direktorlar şurasının qərarı ilə “Qala Sığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilib.

Bundan əlavə, 15 avqust 2016-cı il tarixində Palataya “Qala Sığorta” ASC tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər nümayəndəliyinin açılması, həmçinin sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinə çatdırılması ilə bağlı sənədlər təqdim olunmuşdu.

Palata, cari ilin yanvar-avqust ayları üzrə “Qala Sığorta” ASC tərəfindən ümumilikdə 3,730,528 AZN sığorta haqqı toplanmasını, eyni zamanda şirkətin yığımlarının 50%-dən çoxu icbari sığorta növləri üzrə əldə edildiyini nəzərə alaraq sözügedən şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin verilməsini qərara alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275