SIĞORTA

Palatadan sığortaya dair – YENİ QƏRARLAR
27 SENTYABR
678

Palatadan sığortaya dair – YENİ QƏRARLAR

2016-09-27 16:43:00

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Qarant Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilmişdir.

Belə ki, “Qarant Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olmuşdur.

Palata, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Qeyd edək ki, Qarant sığorta ASC könüllü ləğvolunma prosesində olduğundanvə şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədi ilə sığorta müqavilələrini (poertfelini) qanunvericilik çərçivəsində “Paşa Sığorta” ASC-yə ötürmüşdür.

Bundan əlavə, Direktorlar Şurasının qərarı ilə “Qala Sığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilmişdir.

Belə ki, 15 avqust 2016-cı il tarixində Palataya “Qala Sığorta” ASC tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər nümayəndəliyinin açılması, həmçinin sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinə çatdırılması ilə bağlı sənədlər təqdim olunmuşdur.

Palata, cari ilin yanvar-avqust ayları üzrə “Qala Sığorta” ASC tərəfindən ümumilikdə 3,730,528 AZN sığorta haqqı toplanmasını, eyni zamanda şirkətin yığımlarının 50%-dən çoxu icbari sığorta növləri üzrə əldə edildiyini nəzərə alaraq sözügedən şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin verilməsini qərara almışdır.

MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə Mirzəyev Bəhlul Vüqar oğluna sığorta brokeri fəaliyyətinə lisenziya verilmişdir.

Lisenziya, yuxarıda qeyd olunan şəxs tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziyasının alınması ilə bağlı Palataya daxil olmuş müraciətə əsasən, həmçinin Qanunvericiliklə nəzərdə tutulan bütün zəruri sənədlərin təqdim edilməsini nəzərə alaraq verilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275