SIĞORTA

“Atəşgah Sığorta”nın vəziyyəti məlum oldu – HESABAT
27 SENTYABR
539

“Atəşgah Sığorta”nın vəziyyəti məlum oldu – HESABAT

2016-09-27 14:56:00

Bu ilin yanvar-avqust ayları üzrə “Atəşgah Sığorta” şirkətinin vəziyyəti məlum olub. Fins.az-ın məlumatına görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % və ya 5,27milyon manat azalaraq 27,46 milyon manat olub. Halbuki, ötən il bu rəqəm 32,73 milyon manat olub. Yığımların azalmasına görə, ardıcıl olaraq 2-ci aydır ki, “Atəşgah Sığorta” qeyri-həyat sığorta şirkətləri arasında 2-cı sıradan 3-cü pilləyə düşüb.

Sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişlər 2,4 % və ya 0,25 milyon manat azalaraq  10,08 milyon manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 10,33 milyon manat olub.

8 ayın nəticələrinə əsasən, yığımlardakı azalma zərərliliyi də artırıb. Ötən ilin yanvar-avqust aylarında sığorta şirkətinin  topladığı hər 100 manatdan 31,5 manatını ödəniş olaraq vermişdisə, bu il bu rəqəm 36,7 manata yüksəlib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272