SIĞORTA

İcbari tibbi sığorta belə işləyəcək - MÜSAHİBƏ
27 SENTYABR
642

İcbari tibbi sığorta belə işləyəcək - MÜSAHİBƏ

2016-09-27 12:10:00
Azərbaycanda icbari tibbi sığortanın necə tətbiq olunacağı, necə işləyəcəyi, hansı xəstəlikləri əhatə edəcəyi və kimlərə güzəşt olunacağı ilə bağlı suallara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdüri Vüqar Qurbanov cavab verib.

- Vüqar müəllim, icbari tibbi sığortanın tətbiqi ilə bağlı indiyədək hansı işlər görülüb və qarşıda hansı işlər durur?
- İcbari tibbi sığorta üzrə pilot layihənin tətbiqi ilə bağlı proseslər artıq yekunlaşmaq üzrədir. Bu mərhələdə icbari tibbi sığortanın baza zərfinin hazırlanması prosesi də artıq bitib. Bu sənəd Nazirlər Kabinetinə təqdim olunub. Bundan başqa icbari tibbi sığorta üzrə tibbi müəssisələrinən alınan tibbi xidmətlərin ödənişi üçün vahid qiymət cədvəli hazırlanıb. Bu sənəd də Nazirlər Kabinetinə təqdim olunub.
Bu qiymət cədvəli Tarif Şurası və ya digər aidiyyatı dövlət qurumu tərəfindən təsdiqləndikdən sonra biz artıq tibb müəssisələri ilə müqavilələri imzalayacağıq. Həmin müqavilələr əsasında da aldığımız tibbi xidmətin qarşılığında ödənişlər həyata keçirəcəyik.
Bundan başqa, bildiyiniz kimi, Azərbaycanda «Tibbi sığorta haqqında» qanun var. Həmin qanuna da bəzi dəyişikliklər edilməlidir ki, icbari tibbi sığortanın tətbiqi hüquqi cəhətdən əsaslansın və bunun üçün tələb olunan dəyişikliklərin layihəsin hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Yəqin ki, yaxın günlərlə Nazirlər Kabineti tərəfindən müvafiq sərəncamlar imzalanacaq.
- Bildiyimiz kimi, icbari tibbi sığortanın tətbiqi üçün pilo layihə əraziləri olaraq Yevlax və Mingəçevir seçilib. Bu ərazilərdə pilot layihə nə vaxtdan başlanacaq?
- Doğrudan da, Mingəçevir və Yevlax rayonları pilot layihə olaraq təsdiqini tapıb. Artıq oktyabrın 1-dən etibarən həmin layihə üzrə hazırlaqlara başlayacağıq. Pilot ərazisində hazırlıq işləri əsasən əhalinin tibbi sığorta üzrə maarifləndirilməsindən, tibb müəssisələrinin və tibb işçilərinin bu prosesə hazırlığının yekunlaşmasından, tibbi müəssisələri ilə müqavilələrin imzalanmasından, həmin ərazidə yaşayanların, yəni sığorta olunacaq şəxslərin qeydiyyata alınması işlərinə başlanacaq. Bizim planlarımıza görə, bu prosesin özünə 2-3 ay vaxt sərf ediləcək və artıq yanvar ayının 1-dən etibarən bu rayonlarda icbari tibbi sığorta xidmətlərinə başlanacaq.
- Hazırda insanları ən çox maraqlandıran məsələ baza paketi – yəni icğari sığortanın əhatə edəcəyi tibbi xidmətlərin nədən ibarət olacağıdır. Bu məsələdə hansı işlər görülüb və vəziyət nə yerdədir?
- Dediyim kimi, baza paketi ilə bağlı təklifimiz hazırdır və Nazirlər Kabinetinə təqdim edilib. Nazirlər Kabinetinin təsdiqindən sonra bu paket əhaliyə açıqlanacaq. Bu paketə 1800-ə yaxın müayinə, müalicə, diaqnostik, fizoterapevtik və sair prosedurlar, əməliyyatlar və sair prosedurlar əlavə etmişik. Həmin xidmətlərdən Azərbaycan əhalisi pulsuz olaraq istifadə edəcək. Pilot ərazilərdə həmin xidmətləri bu ərazidə yerləşən dövlət tibb müəsssələri həyata keçirəcək. Bunun müqabilində isə həmin xidmətlərin dəyərini İcbari Tibbi Sığorta Agentliyi, bağlanılmış müqavilələrə əsasən, həmin müəssisələrə ödəyəcəklər.
- Baza paketinə daxil olan xidmətlər hansı prinsiplə seçilib?
- Baza paketinə daxil olan xidmətləri seçərkən, biz əsas meyar olaraq Azərbaycan Respublikasında ən çox yayılan xəstəlikləri, məsəən burada ürək xəstəlikləri birinci yerdə durur və onun müalicəsi də xərc tələb edir, ona görə də həmin təminatlarda ürək xəstəliklərinin həm terapiya ilə müalicəsi həm cərrahiyyəsi əksini tapıb.
- Bəs bu paketə hansı xəstəliklər daxil edilməyib?
- Bildiyimiz kimi, səhiyyə sahəsində bir neçə dövlət proqramı tətbiq olunur. Bu proqramlar əsasında da Azərbaycandakı onkoloji xəstələrin, şəkərli diabet xəstələrinin, talassemiya, hemofiliya və sair bu kimi xəstəliklərin həm müayinəsi, həm də müalicəsi xərcləri dövlət proqramları tərəfindən qarşılanır. Buna görə də həmin xəstəliklərin sığorta təminatına daxil edilməsi nəzərdə tutulmayıb. Bu xəstəliklərlə bağlı xərclər əvvəlki qaydada dövlət proqramları səviyyəsində idarə olunacaq. Amma yerdə qalan digər xəstəliklər sığorta təminatına alınıb və onların müalicəsi bizim hesabımıza həyata keçiriləcək.
- Narkomaniya ilə bağlı necə, bu məsələ də siyahıya daxil edilib?
- İcbari tibbi sığorta proqramında narkomaniya, alkoqolizm və bu kimi halların fəsadları və bunlarla bağlı yaranmış xəstəliklərin malicəsi xərcləri sığorta təminatına alınmayacaq. Bu dünya praktikasında qəbul olunan haldır və dövlət tərəfindən də buk imi haların qarşısının alınması üçün xüsusi proqramlar həyata keçirilir. Buna görə də biz belə xəstəliklərin müayinəsi və müalicəsini sığorta təminatına almağı düşünmürük.
- Deyə bilərikmi ki, icbari tibbi sığortanın Azərbaycan modeli artıq formalaşıb?
- İcbari tibbi sığortanın dünyada qəbul olunmuş bir sıra modelləri var. Amma ən çox iki növ model yayılıb. Bunlardan biri sosial tibbi sığorta, digəri isə milli tibbi sığorta modelidir. Biz sosial tibbi sığorta modelinə daha çox üstünlük verəcəyik. Sosial tibbi sığorta modelində işləyən əhali sığorta haqqını özü ödəyərək sığortasını əldə edir, toplanan sığorta haqları da İcbari Tibbi Sığorta Fonduna yığılır və buradan tibbi xidmətlərin haqqı ödənilir. Milli Tibbi sığorta modelində isə bu vəsait büdcədən ayrılır. Hazırda dünyadakı iqtisadi böhran Azərbaycanda bu formatın – mili tibbi sığorta modelinin tətbiqinə çətinlik törədir. Ona görə də ölkəmiz üçün ən real model sosial tibbi sığorta modelidir, biz də fikrimizi bunun üzərində cəmləşdirmişik və bunun tətbiqinə də başlamışıq.
- Sığorta haqqı məsələsi də əhalinin maraqla gözlədiyi məsələdir. Bu nə qədər olacaq? Nazirlər Kabinetinə bununla bağlı təkliflər göndərilib?
- Tibbi sığorta təminatı və onun qarşılığında ödəniləcək tibbi sığorta haqqı barədə bütün təkliflərimizi Nazirlər Kabinetinə təqdim etmişik. Və çox güman ki, yaxın günlərdə bununla bağlı qərarlar da ölkə əhalisinə açıqlanacaq.
- Yəni indii biz təqribidə olsa rəqəm deyə bilmərik?
- Bu dəqiqə hər hansı rəqəm demək uyğun da gəlməz. Nazirlər Kabinetinin sərəncamından sonra rəqəm açıqlanacaq.
- Bəs məlumdurmu ki, kimlər sığorta haqqından azad olunacaq?
- Bəli, biz agentlik olaraq bu barədə təkliflərimizi artıq vermişik. Azərbaycanda bəzi əhali qrupları var ki, onların sığorta haqqı dövlət büdcəsindən ödəniləcək. Bunlar 18 yaşına çatmayan uşaqlar, pensiyaçılar, aztəminatlı ailələr, əyani təhsil alan tələbələr və s.
- Yəni fərqi yoxdur ki, bu şəxslər hansı xəstəliyin daşıyıcısıdırlar, əgər siz dediyiniz qruplara daxildirsə, onların icbari tibbi sığorta haqqını dövlət ödəyəcək?
- Bəli, xəstəlik əhəmiyyət kəsb eləmir, onların sığorta haqqını dövlət ödəyəcək. Belə əhalinin də sayı 4 milyona yaxındır. Bu da çox böyük rəqəmdir. Beləliklə, əhalinin çox hissəsinin sığorta haqqı dövlət büdcəsi tərəfindən ödəniləcək.

Mənbə: «Ekonomiks» verilişi («Lider TV»)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272