SIĞORTA

Qeyri-həyat sığortası bazarında son vəziyyət- RƏQƏMLƏRLƏ
21 SENTYABR
248

Qeyri-həyat sığortası bazarında son vəziyyət- RƏQƏMLƏRLƏ

2016-09-21 10:03:00

Bu ilin yanvar-avqust aylarının nəticələrinə əsasən, sığorta yığımlarının 250,8  milyon manatı və ya 70,4%-i qeyri-həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası bazarı 8,6% böyüyüb. Belə ki, 2015-ci ilin 8 ayında sığorta şirkətləri qeyri-həyat növləri üzrə 230,8 milyon manat sığorta haqqı toplaya biliblər.

Tibbi, əmlak və avtomobillərin könüllü məsuliyyət sığortasında artım

 Fins.az-ın məlumatına görə, könüllü qeyri-həyat sığortası üzrə yığımlar  6,3% artaraq 146,3 mln. manat, icbari qeyri-həyat sığortası üzrə yığımlar isə 12,1% artaraq 104,5 mln. manata yüksəlib.

Könüllü tibbi sığortada yığımlar 16,9% artaraq 58,6 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortası 27,6% artaraq 26,4 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortasında 9,4% artaraq 11,7 milyon manat, avtomobillərin mülki məsuliyyət sığortası 26% artaraq 19,1 milyon manat olub.

Avtomobillərini kasko sığortalayanlar 26 % azalıb

Bəzi könüllü sığorta növlərində isə azalma müşahidə edilib. Məsələn, kasko sığorta yığımlar  26% azalaraq 15,2 milyon manata düşüb. Qarşıq maliyyə risklərinin sığortasında isə 5,3 dəfə azalaraq 1 560 manat təşkil edib. Kredit sığortası isə nə az nə çox 148 dəfə azalaraq 3,8 milyon manat olub.

İcbari avtomobil sığortası bazarı 10,1 % böyüyüb

İcbari sığorta növlərindən isə yalnız  avtomobillərin icbari sığortasında artım müşahidə edilib. Belə ki, bu növ üzrə yığılan sığorta haqqlarının həcmi  10,1 %artımla 58 milyon manat təşkil edib.

  Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  17,1% azalaraq 220 min manat, daşınmaz əmlakın icbari sığortasında 8,7% azalaraq 18,7 milyon manat, sərnişinlərin icbari fərdi qəza sığortasında 25% azalaraq 63 milyon manat təşkil edib.

Qeyri-həyat üzrə ödənişlər 5,9 % artıb

Qeyri-həyat sığortası bazarında yığımlarla yanaşı, ödənişlər 5,9 % artaraq  88,3 milyon manat olub. Ötən ilin 8 ayı ilə müqayisədə könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 4,2% azalaraq 53,9 milyon manat, icbari qeyri-həyat sığortası üzrə ödənişlər isə əksinə 26,9% artaraq 34,4 milyon manat olub.

Kaskoda ödənişlər 40,3% azalıb

Könüllü sığorta növlərindən tibbi sığortada ödənişlər 21,6% artaraq 40,4 milyon manat təşkil edib. Ötən il ödəniş olmadığı halda bu il hava nəqliyyatı vasitələrinin sığortası üzrə 200 min manat kompensasiya verilib.

Əmlak sığortasında ödənişlər 2,8 dəfə azalaraq 1,7 milyon manat, kasko sığorta ödənişləri 40,3% azalaraq 9,7 milyon manat təşkil edib.

İcbari sığorta növləri üzrə ödənişlər artıb

İcbari sığortaların bütün növlərində isə  ödənişlər üzrə artım olub. Məsələn, daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər 41,4% artaraq 1 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 54,2 dəfə artaraq 48,6 milyon manat, avtomobillərin icbari sığortasında isə 18,2% artaraq 25,2 milyon manat təşkil edib.

Qeyri –həyat sığortasında zərərlilik azalıb

Son statistika  qeyri-həyat sığortası bazarı üzrə zərərliliyin aşağı düşdüyünü göstərir. Belə ki, bu ilin 8 ayında sığorta şirkətləri  qeyri-həyat sığortası üzrə topladıqları  hər 100 manatdan  35 manatını ödəniş olaraq geri qaytarıblar. Ötən ilin eyni dövründə isə bu rəqəm 36 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275