SIĞORTA

Həyat sığorta bazarı 28,6 % artıb - STATİSTİKA
20 SENTYABR
259

Həyat sığorta bazarı 28,6 % artıb - STATİSTİKA

2016-09-20 10:57:00
Bu ilin yanvar-avqust ayları ərzində sığorta bazarında 3 həyat sığortası şirkəti tərəfindən 105, 402 milyon manat sığorta haqqı toplanılıb.  Bu isə bazarın  28,6 % artımı deməkdir. Belə ki, ötən ilin eyni dövründə həyat sığorta bzarında toplanan sığorta haqqlarının ümumi həcmi 81,956 milyon manat olub.
 
Fins.az-ın məlumatına görə, yığımların  80,3 milyon manatı könüllü həyat sığortaları üzrə , 25,9  milyon manatı icbari həyat sığortaları üzrə hesablanıb. Könüllü həyat növlərində toplanan sığorta yığımlarının  24,02 milyon manatı həyatın ölüm halından sığortasının,  56,1 milyon manatı  həyatın yaşam sığortasının, 171,1 min manatı əmək qabiliyyətinin sığortasının payına düşüb.
 İcbari həyat sığorta növlərinə yalnız bir növ- istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta daxildir. Yəni, 25,9 milyon manat bir növ üzrə toplanılıb.
 
Həyat sığorta bazarı üzrə yığımlarla yanaşı, ödənişlər 47,9 % artıb. Bu ilin 8 ayında  həyat sığortası üzrə ödənişlər 48,456 milyon manat olub. Ötən ilin eyni dövründəbu rəqəm 32,760 milyon manat təşkil edib.
 
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 46 manat ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 40 manat olub.
 
2016-cı ilin yanvar-avqust ayları ərzində  “Paşa Həyat Sığorta” 55 , 981 milyon manat, “Qala Həyat” 24 ,731 milyon manat, “Atəşgah Həyat” isə 24, 689 milyon manat sığorta haqqı toplayıb. 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274