SIĞORTA

Sığorta bazarında son vəziyyət – STATİSTİKA
19 SENTYABR
348

Sığorta bazarında son vəziyyət – STATİSTİKA

2016-09-19 18:05:00
Bu ilin yanvar-avqust aylarının nəticələrinə əsasən Azərbaycan sığorta bazarında şirkətlərin vəziyyəti məlum olub. Fins.az-ın məlumatına görə, sığorta bazarında ən çox sığorta haqqı toplayan 5 şirkət dəyişməyib.

Bazarın yarıdan çoxu 5 şirkətin əlindədir

Bu şirkətlərin topladığı sığorta haqları ümumilikdə sığorta bazarının 61,3 %-ni təşkil edib. Belə ki, bazar üzrə ümumi yığımların həcmi  356,18 milyon manat olduğu halda,  5 şirkətin topladığı sığorta haqqlarının cəmi isə 218,30 milyon manat olub. Ötən illə müqayisədə sığorpta bazarındakı ilk 5-liyin ümumi bazar payı artıb. Belə ki, ötən il ilk 5 yeri tutan şirkətin yığımları bazarın cəmi 46,2%-ni təşkil edirdi. 2015-ci ilin yanvar-avqust aylarında həcmi 312,8 milyon manata çatan sığorta bazarında yığımların 144,5 milyon manatı bu şirkətlərin payına düşmüşdü. Liderlərin bazar payının artması bazardakı təmərküzləşmə və bazarın böyük hissəsinin bir neçə şirkətin nəzarətinə keçdiyini göstərir.

5 şirkət bazarın 62%-nə sahibdir

“PAŞA Sığorta”  yenə də bazarın lideridir. Şirkətin yığımları ötən ilin 8 ayı ilə müqayisədə 62 % artaraq 74,6 milyon manata çatıb. Şirkətin ödənişləri isə 47 % artaraq  28,4 milyon manat təşkil edib. “Paşa Həyat Sığorta” yığımlarının həcminə (55,9 milyon manat) görə 2-ci olub. Ödənişləri isə 14,4 milyon manat təşkil edib. Sığorta bazarının 3-sü “AzərSığorta” olub. Şirkətin yığımları 35,5 milyon manat, ödənişləri 11,7 milyon manat olub.  Yığımlarının həcminə görə müvafiq olaraq 4-cü, 5-ci yerlərdə  27,5 milyon manatla “Atəşgah sığorta”, 24,7 milyon manatla “Qala Həyat” sığorta şirkətlərui qərarlaşıb. “Atəşgah sığorta” 8 ayda  10,08 milyon manat, “Qala həyat” isə 16,06 milyon manat ödəniş edib.

Bazar liderləri dəyişib

Ötən illə müqayisə edəndə məlum olur ki, sığorta bazarının liderlərinin siyahısında dəyişiklik var. Ötən il bura daxil olan «Ağsığorta» və «İpək yolu» sığorta şirkətləri ilk 5-yi tərk edib. Onları «Paşa Həyat Sığorta» və «Qala Həyat sığorta» əvəzləyib.

«Amrah Sığorta» sonuncudur

Sığorta bazarının ən az  yığım edən şirkəti isə  «Əmrah Sığorta» olub. Belə ki, sığorta şirkəti bu ilin 8 ayında cəmi 49 min 276 manat sığorta haqqı toplaya bilib. Ən az sığorta haqqı toplayan 5 şirkət sırasında «Azərqarant Sığorta» (219 min 85 manat), “Başak İnam Sığorta Şirkəti” (497 min 126 manat) ,“Buta Sığorta” (593 950 manat),  “Bakı Sığorta” (745 min 519 manat) və “Rəvan Sığorta” da (764 758 manat) qərarlaşıb. Qeyd edək ki, artıq “Buta Sığorta” şirkəti bağlanıb. Bu şirkətlərin birlikdə topladığı sığorta haqqları bazarın cəmi 0,8%-ni təşkil edib (2,8 milyon manat). 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275