SIĞORTA

Sığorta bazarı böyüməkdə davam edir- 14% artım
19 SENTYABR
281

Sığorta bazarı böyüməkdə davam edir- 14% artım

2016-09-19 13:04:00

Azərbaycan sığorta bazarı iqtisadi durğunluğa baxmayaraq böyüməkdə davam edir. Bu ilin yanvar-avqust aylarında ölkə üzrə 25 sığorta şirkəti   vasitəsilə 356,18 milyon manat sığorta haqqı yığılıb.  Fins.az-ın məlumatına görə, bu, bazarın  13,85%  artımı deməkdir.  Belə ki, ötən ilin yanvar-avqust aylarında  bu rəqəm 312, 841 milyon manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta bazarı üzrə ödənişlər  17,75% artaraq  isə 136,772 milyon manat təşkil edib. 2015-ci ilin 8 ayında 116,159 milyon manat sığorta ödənişini verilmişdi.

Sığorta bazarında zərərlilik artıb. Belə ki, bu ilin  8 ayında toplanmış hər 100 manat sığorta haqqından  38,4 manatı ödəniş olaraq verilib. Ötən ilin eyni dövründə bu rəqəm  37,1 manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272