SIĞORTA

“Başak İnam”da azalma davam edir - HESABAT
19 SENTYABR
178

“Başak İnam”da azalma davam edir - HESABAT

2016-09-19 10:24:00

“Başak İnam” sığorta şirkətinin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, yanvar-avqust aylarında toplanan sığorta haqqlarının ümumi həcmi  497 126 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları  38,5 % azalıb. Belə ki, ötən il  bu göstərici 808 855 manat təşkil edib. 

Toplanan sığorta yığımlarının böyük hissəsi, yəni 331 248 manatı əmlakın yanğından və digər risklərdən sığortasına aiddir.Avtomobillərin sığortasından 132 576 manat sığorta haqqı daxil olub. Sığorta haqlarının digər hissəsi avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasından (8005 manat), işə götürənlərin məsuliyyət sığortasından (5149 manat), xaricə səfər edənlərin sığortasından (7044 manat) və sair sığorta növlərindən daxil olub.

«Başak İnam»ın ödənişləri isə ötən illə müyisədə 3,5 dəfə azalaraq, 116 745 manat olub. Belə ki, ötən ilin bu dövründə şirkətin ödənişləri 407 385 manat təşkil etmişdi.

Şirkətin məlumatına görə, ödənişlərin böyük hissəsi avtomobillərin sığortasının payına düşüb – 93 184 manat.Fərdi qəza və xəstəlik sığortası 11 082 manat, avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə 10 624 manat, əmlakın yanğından sığortası üzrə isə 1 700 manat, tibbi sığorta üzrə 154 manat ödəniş edib.

Sığorta şirkətinin yığımlarına nisbətən  ödənişlərinin kəskin azalması zərərliliyi aşağı salıb. Belə ki, ötən ilin 8 ayının nəticələrinə görə “Başak İnam” topladığı hər 100 manatdan 50,4 manatını müştərilərinə geri qaytarıbsa, bu il bu rəqəm 23,4 manat olub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272