SIĞORTA

Yığımlarını 62% artırıb - SIĞORTA HESABATI
19 SENTYABR
204

Yığımlarını 62% artırıb - SIĞORTA HESABATI

2016-09-19 10:10:00

“Paşa Sığorta” şirkətinin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 62,1 % artaraq 74 656 311 manat olub. Başqa sözlə, şirkətin yığımları 27 343 201 manat artıb. Ötən ilin yanvar-avqust aylarında isə toplanan sığorta haqqlarının ümumi həcmi 46 034 882 manat olub.Şirkət avqust ayında 3 753 979 manat sığorta haqqı toplayıb.

“Paşa Sığorta”  topladığı hər 100 manatdan  38 manatını müştərilərinə geri qaytarıb. Şirkətin yığımları ilə yanaşı, ödənişləri  də 46,8 % artıb. 2015-ci ilin yanvar-avqust aylarında  sığorta şirkəti 19 361 950 manat sığorta ödənişi həyata keçiribsə, bu ilin 8 ayında bu rəqəm 28 436 331 manat olub. Bir aylıq ödənişlərin ümumi həcmi isə 4 213 514 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271