SIĞORTA

Sığorta şirkətlərinə xəbərdarlıq edilib - PALATADAN AÇIQLAMA
16 SENTYABR
592

Sığorta şirkətlərinə xəbərdarlıq edilib - PALATADAN AÇIQLAMA

2016-09-16 10:12:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) pozuntuya yol verən sığorpta şirkətlərinə xəbərdarlıq edib. Palatadan fins.az-a evrilən məlumaa görə MBNP-nin Direktorlar Şurasının qərarına əsasən sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinq aparılıb. 

Monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10 sığorta vasitəçisinə isə xəbərdarlıq verilib. 

Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş  icbari sığorta qanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları olub.

Monitorinq tədbirləri çərçivəsində sığorta vasitəçiləri ilə bağlı yaranan risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq Palata tərəfindən sığortaçılara müvafiq tapşırıqlar verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275