SIĞORTA

“Standard Insurance”da artım davam edir – HESABAT
15 SENTYABR
260

“Standard Insurance”da artım davam edir – HESABAT

2016-09-15 10:18:00
“Standard Insurance” sığorta şirkətinin  yanvar-avqust ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,  ümumi yığımların həcmi  14,3 % artıb. Ötən ilin 8 ayında 14, 012 milyon manatı sığorta haqqı toplanıbsa, bu il bu rəqəm 16, 019 milyon manata kimi yüksəlib. Sığorta yığımlarının 54,3 %-və ya 8,698 milyon manatı icbari sığorta növlərinin,  45,7%-I və ya 7,321 milyon manatı isə könüllü sığorta növlərinin payına düşüb.
 
Sığorta şirkəti topladığı hər 100 manatdan 35,6 manatı ödəniş olaraq müştərilərinə geri qaytarıb.“Standard İnsurance”ın ödənişləri 16,5 % artaraq 22 524 sığorta hadisəsi üzrə 5, 711 milyonmanat olub.
 
Ötən ilin eyni dövründə bu rəqəm 4, 900 milyonmanat olub.Şirkətin ödənişlərinin 3, 228 milyon manatı icbari sığorta növləri üzrə,  2, 483 milyon manatı isə könüllü sığorta növlərində baş verən hadisələrə görə  verilib. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274