SIĞORTA

“PAŞA Həyat”ın vəziyyəti məlum oldu- Strateji direktordan açıqlama
14 SENTYABR
530

“PAŞA Həyat”ın vəziyyəti məlum oldu- Strateji direktordan açıqlama

2016-09-14 17:17:00

Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-avqust ayları üzrə ilkin hesabatını açıqlayıb. Şirkətin strateji direktoru İsrail Qarayevin fins.az-a verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında “PAŞA Həyat” tərəfindən 55,982 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 43% çox olub.

İ.Qarayev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 14,495 mln. manat sığorta ödənişi verilib və nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 2,1 dəfə artıb: “Bununla yanaşı, sentyabr ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 160 mln. manata yaxın,nizamnamə kapitalı isə 40,250 mln. manat təşkil edib”.

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbaycanın ən iri sığorta şirkətidir. 

Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274