SIĞORTA

Sığorta şirkətində rekord artım – 42,3 dəfə
14 SENTYABR
357

Sığorta şirkətində rekord artım – 42,3 dəfə

2016-09-14 10:42:00
“Günay Sığorta” “Buta Sığorta”nın aktivlərinin ötürülməsindən sonra böyüməkdə davam edir.Şirkətin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi bu ilin yanvar-avqust aylarında 42,3 dəfə artıb. 2015-ci ilin  8 ayında cəmi 53 069 manat sığorta haqqı toplayan “Günay Sığorta”nın bu ilin eyni dövründə topladığı sığorta haqqlarının həcmi 2 248 456 manata qədər yüksəlib. Yığımların 1 288 438 manatı kasko sığortanın, 609 644 manatı əmlak sığortasının, 284 515 manatı fərdi qəza sığortasının payına düşüb. Sığorta şirkəti bundan əlavə tibbi sığorta üzrə 34 900 manat, yük sığortası üzrə 13 320 manat və səfər sığortası üzrə 8 657 manat sığorta haqqı toplayıb.
 
Sığorta şirkəti yığımlarının cəmi 2,4 %-ni ödəniş olaraq müştərilərinə qaytarıb. Yığımlardan fərqli olaraq şirkətin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 % azalaraq 54 252 manat olub. 
 
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında “Günay Sığorta” 71 648manat ödəniş edib. Sığorta ödənişlərinin əsas hissəsi avtomobillə bağlı hadisələrə görə verilib. Şirkətin avtomobillərin təmiriilə bağlı 8  aylıq xərci  35 412 manat təşkil edib. Bundan əlavə könüllü əmlak sığortası üzrə 14 834 manat, tibbi sığorta üzrə 4005 manat sığorta pulu verilib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275