SIĞORTA

Bu şirkətin yığımları artmaqda davam edir- SIĞORTA HESABATI
14 SENTYABR
311

Bu şirkətin yığımları artmaqda davam edir- SIĞORTA HESABATI

2016-09-14 10:18:00
“Xalq Sığorta” şirkətinin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 % artaraq 6 594 785 manat olub.2015-ci ilin yanvar-avqust aylarında isə şirkət 6 470 616 manat sığorta haqqı toplayıb.Yığımların 2 848 920 manatı könüllü növlərin, 3 745 864 manatı icbari sığorta növlərinin payına düşüb.
Sığorta şirkəti topladığı hər 100 manatdan 60,4 manatını müştərilərinə geri qaytarıb. “Xalq Sığorta”nın yığımlarından fərqli olaraq ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə  17,7 % artaraq  3 986 485 manat təşkil edib. 2015-ci ilin 8 ayında isə sığorta şirkəti 3 385 430 manat ödəniş edib. Ödənişlərin  1 270 328 manatı icbari sığorta növləri üzrə, 2 716 156 manat könüllü sığorta növlərinin payına düşüb. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272