SIĞORTA

İSB bu sığorta şirkətini üzvlükdən çıxardı
08 SENTYABR
570

İSB bu sığorta şirkətini üzvlükdən çıxardı

2016-09-08 16:42:00

İcbari Sığorta Bürosu (İSB)"Alfa Sığorta" şirkətini Büronun  üzvlüyündən çıxarıb.İSB-dən fins.az-a verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə avqustun 26-da "Alfa Sığorta"nın lisenziyası ləğv edilib. Şirkət ləğv edildiyi üçün iştirakçı sığortaçıların reyestrindən çıxarılıb.

Bununla da, Büroya üzv şirkətlərin sayı 15 olub. Qeyd edək ki, hazırda  “AXA MBASK”, “Xalq Sığorta”, “AZSIĞORTA” , “Meqa Sığorta”, “AtaSığorta”, “Paşa Sığorta”, “Standart İnsurance”, “Azərbaycan Sənaye Sığorta”,  “İpək Yolu Sığorta”, “Atəşgah”, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, "Qala sığorta" və həyat sığortası üzrə "Qala Həyat", "Atəşgah Həyat", "PAŞA Həyat" sığorta şirkətləri İSB-nin üzvüdür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270