SIĞORTA

Bu şirkətin yığımları 57,5% azalıb - SIĞORTA HESABATI
08 SENTYABR
337

Bu şirkətin yığımları 57,5% azalıb - SIĞORTA HESABATI

2016-09-08 09:59:00

“Beynəlxalq Sığorta” şirkətinin bu ilin 7 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, şirkəti yığımları 57,5% azalaraq  3,69 milyon manat olub. Halbuki ötən ilin yanvar-iyul aylarında şirkət  8,68 milyon manat sığorta haqqı toplaya bilmişdi. Kəskin azalma nəticəsində sığorta şirkəti bazar payına görə 9-cu yerdən 11-ci pilləyə düşüb.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 25,9% azalaraq  1,89 milyon manat olub. 2015-ci ilin eyni dövründə isə şirkətin ödənişlərinin ümumi həcmi 2,56 milyon manat təşkil edib.

Statistika şirkətinin zərərliliyinin də xeyli artdığını göstərir.  Belə ki, “Beynəlxalq Sığorta” bu ilin 7 ayında  topladığı hər 100 manatdan 51,2 manatını müştərilərinə ödəniş şəklində geri qaytarıb. Ötən ilin eyni dövründə isə bu rəqəm cəmi 29,5 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272