SIĞORTA

Keçmiş sığortaçı radio rəhbəri oldu
07 SENTYABR
730

Keçmiş sığortaçı radio rəhbəri oldu

2016-09-07 11:43:00

“Bakı Sığorta” şirkətinin marketinq departamentinin keçmiş rəhbəri Cavid Neymətzadə “AVTO Radio” –nun rəhbəri təyin edilib. Bu barədə fins.az-a C.Nemətzadə özü məlumat verib. O bildirib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan “Avto Radio” –ya direktor təyin edilib.

Qeyd edək ki, radio sahəsində 15 ilə yaxın təcrübəsi olan Cavid Neymetzadə ölkədə fəaliyyət göstərən aparıcı radiolarda -  Space, ANS ÇM, ATV 106 FM və Avto FM – aparıcı, redaktor, rejissior, menecer kimi  vəzifələrdə çalışıb. Bundan əlavə, o,  ölkənin aparıcı təşkilatlarından olan  “Bakı Sığorta” şirkətinin marketinq departamentinin rəhbəri, “Nurgun Şirkətlər Qrupu”-nun ictimai əlaqələr üzrə mütəxəssisi və digər müxtəlif şirkətlərdə marketoloq kimi çalışıb.

Cavid Neymətzadə yeni təyinatla bağlı bildirib ki, qısa vaxtda  radio dalğaları arasında populyarlıq qazanan “Avto Radio”-nun  proqramlarının zənginləşdirilməsinə,  efirinin dolğun və rəngarəng olmasına çalışacaq: “Əsas məqsədimiz Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsulları istehsal etməkdir. Yeniliklərə gəldikdə tam əminliklə deyə bilərəm ki, Avto Radionun musiqi, proqram və xəbər formatı tamamilə dəyişəcək və digər radiolardan fərqlənəcək.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275