SIĞORTA

Könüllü sığorta bazarı 17,7% böyüyüb - STATİSTİKA
07 SENTYABR
215

Könüllü sığorta bazarı 17,7% böyüyüb - STATİSTİKA

2016-09-07 10:08:00
2016-cı ilin yanvar-iyul aylarının nəticələrinə əsasən, Azərbaycanda icbari sığorta bazarı ilə yanaşı, könüllü bazarda da artım müşahidə edilir. Fins.az-ın məlutına görə, könüllü sığorta bazarı 17,7% böyüyüb.Ötən ilin yanvar-iyul ayınlarında könüllü sığorta növləri üzrə ümumi yığımların 177,537 həcmi milyon manat olubsa, bu ilin 7 ayında 209,124 milyon manat sığorta haqqı toplanılıb.
 
Könüllü sığorta bazarının böyüməsi ödənişlərin də artmasına təsir edib. 7 ayda ümumi ödənişin 73,8%-i və ya 87,843 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 10,4 % artıb.
 
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42 manat ödəniş həyata keçirilib.  2015-cü ilin eyni dövründə isə bu göstərici 44,8 manat olub.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272