SIĞORTA

“Alfa Sığorta” müflis elan edildi
06 SENTYABR
508

“Alfa Sığorta” müflis elan edildi

2016-09-06 17:59:00

Lisenziyası ləğv edilən “Alfa Sığorta” müflis elan edilib. Bu barədə fins.az-a sığorta şirkətindən bildirilib.  Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi  avqustun 29-da bununla bağlı qərar qəbul edib. Sentyabr ayının sonuna kimi şirkətdə Ləğvetmə Komissiyası işə başlayacaq. Komissiya fəaliyyətə başlayan kimi şirkətin aktivləri satılacaq və öhdəliklər yerinə yetiriləcək.

Eləcə də bax: “Alfa Sığorta”nın son hesabatı

Qeyd edək ki, sığorta şirkətinə müvəqqəti inzibatçı Firdovsi Qasımov təyin edilib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə avqustun 26-da "Alfa Sığorta"nın lisenziyası ləğv edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275