İqtisadi durğunluq, əhalinin gəlirlərinin azalması, sığortanı pul ayrılacaq ən son ehtiyaca çevirib. Bəzi könüllü növlərdən fərqli olaraq Azərbaycanda könüllü tibbi sığorta bazarı böyüməkdə davam edir. Fins.az-ın məlumatına görə, bu ilin 7 aylıq göstəricilərinə görə, tibbi sığorta üzrə yığımlar 21,7% artaraq 56,560 milyon manat təşkil edib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 46,445 milyon manat olub.
Tibbi sığortada yığımlarla yanaşı, ödənişlər 22,1% artıb.Belə ki, ötən ilin yanvar-iyul aylarında könüllü tibbi sığorta müraciətləri üzrə ödəniş xərcləri 28,654 milyon manat təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 34,992 milyon manat olub.
7 aylıq nəticələrə əsasən tibbi sığortada zərərlilik cüzi artıb. Şirkətlər topladıqları hər 100 manatdan 61,8 manatını geri qaytarıblar.Ötən ilin eyni dövründə bu rəqəm 61,7 manat olub.