SIĞORTA

Sığorta şirkəti yığımlarını artırıb - HESABAT
05 SENTYABR
373

Sığorta şirkəti yığımlarını artırıb - HESABAT

2016-09-05 14:52:00

“AtaSığorta” şirkətinin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə  0,9 % artaraq 7 014246 manat olub. 2015-ci ilin yanvar-avqust aylarında isə sığorta şirkəti 6 947 760 manat sığorta haqqı toplaya bilmişdi.  

Sığorta şirkəti  topladığı hər 100 manatdan 33,3 manatını ödəniş  olaraq müştərilərinə geri  qaytarıb.Yığımlardan fərqli olaraq sığorta ödənişləri  ötən ilin 8 ayı ilə müqayisə  12,5 % azalaraq 2 338 518 manat olub.Sığorta şirkəti ötən ilin yanvar-avqust aylarında 2 674 178 manat ödəniş edib.

“AtaSığorta” iyul ayı üzrə də nəticələrini açıqlayıb. Şirkət bir ayda 404 865 manat sığorta haqqı toplayıb. Aylıq ödənişinin ümumi həcmi isə 766 müraciət üzrə 290 886 manat təşkil edib. Şirkətin ödəniş xərclərinin 81,7 %-i avtomobillərə dəyən ziyanla bağlı olub.198 avtomobilin təmiri 237812 manata başa gəlib.

“AtaSığorta”nın aylıq tibbi sığorta ödənişləri 39 888 manat təşkil edib.Bundan əlavə könüllü əmlak sığortası üzrə 2 hadisəyə görə 13 185 manat ödəniş verilib.

Maraqlıdır ki, hazırda ehtiyat hissələrinin və təmir xəclərinin artması şəraitində sığorta şirkətlərinin xərcləri ötən illə müqayisədə artmalıdır. Amma “AtaSığorta” şirkətində bu baş verməyib. Şirkətin idarə heyətinin sədr müavini Orxan Məmmədov fins.az-a bildirib ki, ödənişlərin azalmasına əsas kasko sığorta təsir göstərib. Belə ki, kasko sığortası üzrə çoxillik müqavilələr getdikcə azalır.Könüllü sığortalanan avtomobillər üzrə öhdəliklər bitdikcə bu sığorta növündə hadisələrinin sayı da azalır.Qəzaların azalması da ödənişlərin məbləğinə təsir göstərib.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274