SIĞORTA

“PAŞA Sığorta”dan lisenziya - AÇIQLAMASI
05 SENTYABR
515

“PAŞA Sığorta”dan lisenziya - AÇIQLAMASI

2016-09-05 13:10:00

“PAŞA Sığorta” şirkətindən lisenziyasının itməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Şirkətdən fins.az-a verilən məlumata görə,  “PAŞA Sığorta”ya  01 iyul 2011-ci il tarixli, 000440 saylı, 476 qeydiyyat nömrəli müddətsiz lisenziya sənədinin orijinal nüsxəsi itib. Bu səbəbdən həmin orijinal nüsxənin etibarsız hesab edilməsi üçün mətbuatda elan yerləşdirilməsi zərurəti yaranıb. Lakin bu şirkətin fəaliyyət göstərməsi üçün heç bir əngəl yaratmır. Artıq “PAŞA Sığorta” şirkəti lisenziya sənədinin yeni surətinin alınması üçün müvafiq orqana müraciət edib və ən qısa müddətdə məsələnin həll olunacağı gözlənilir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan şirkət korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275