SIĞORTA

Aqrar sığorta ilə bağlı şərtlərdən biri ləğv edilib - QƏRAR
03 SENTYABR
536

Aqrar sığorta ilə bağlı şərtlərdən biri ləğv edilib - QƏRAR

2016-09-03 12:48:00

Nazirlər Kabineti “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edib.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımı Nazirlər Kabinetinin bu məqsədlə müəyyən etdiyi sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi miqdarında ayrılır.

Kənd  təsərrüfatında sığortanın stimullaşdırılması müvafiq il üçün “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanunda nəzərdə tutulmuş maliyyə yardımları həddində həyata keçirilir. İndiyə qədər kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımı sığorta müqaviləsi qanunvericiliyə uyğun bağlandıqda, sığorta edilən əmlakın və sığorta hadisələrinin növləri, habelə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsi müvafiq qaydada təsdiq edilmiş növlərdən və tariflərdən fərqlənmədikdə, sığorta müqaviləsində sığorta haqqının büdcə vəsaiti hesabına ödənilməyən hissəsinin sığortalı tərəfindən ödənilməsi nəzərdə tutulduqda, sığorta müqaviləsi üzrə sığorta haqqının sığortalının payına düşən hissəsinin ödənilməsini təsdiq edən sənəd olduqda, sığorta müqaviləsi səpinin ümumi sahəsindən asılı olaraq əkin sahələrində çıxış alındıqdan, bağlarda isə meyvə ağaclarında tumurcuqların oyanmasından sonra bağlandıqda, kənd təsərrüfatı istehsalçıları tərəfindən əkin sahəsi, məhsul istehsalı və əmlakın dövriyyəsi barədə uçot aparıldıqda və sığorta müqaviləsində tətbiq olunan sığorta tarifi müvafiq qaydada təsdiq edilmiş maksimum sığorta tarifindən yüksək olmadıqda verilib. Dəyişikliyə əsasən kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının sığorta müqaviləsində tətbiq olunan sığorta tarifi müvafiq qaydada təsdiq edilmiş maksimum sığorta tarifindən yüksək olmadıqda verilməsinə dair şərt  ləğv olunub. Başqa sözlə, bundan sonra sığorta müqaviləsində tətbiq olunan sığorta tarifi müvafiq qaydada təsdiq edilmiş maksimum sığorta tarifindən yüksək olduqda da kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımı veriləcək.

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi  qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi proseduru da dəyişib. Bundan sonra Əsasnamədə dəyişiklik yuxarı dövlət orqanı və ya müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları razılaşdırıldıqdan sonra edilə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271