SIĞORTA

Qeyri-həyat bazarı 10,9 % böyüyüb – STATİSTİKA
02 SENTYABR
238

Qeyri-həyat bazarı 10,9 % böyüyüb – STATİSTİKA

2016-09-02 11:08:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 232,1 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Fins.az-ın məlumatına görə, 2015-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 10,9 % böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 21,7 %-i və ya 50,4 milyon manatı avtomobillərin icbari sığortasının, 24,3 %-i və ya 56,5 milyon manatı tibbi sığortanın, 10,4%-i və ya 24,2 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,5%-i və ya 12,9 milyon manatı kasko sığortasının, 7,1%-i və ya 16,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 30,8 %-i və ya  71,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

7 ay ərzində sığorta ödənişlərinin 63,6%-ni və ya 75,7  milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2015-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 46,1%-i və ya 34,9 milyon manatı tibbi sığortanın, 21,1%-i və ya 27,8 milyon manatı avtomobillərin icbari sığortasının, 11,3 %-i və ya 8,6 milyon manatı kasko sığortasının, qalan 5,8%-i və ya 4,4 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,6 manatı ödəniş edilib. 2015-cü ilin ilk 7 ayında isə bu rəqəm 34,9 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270