SIĞORTA

“Azərsığorta” “Atəşgah”ı keçdi – Top 5-lik
02 SENTYABR
515

“Azərsığorta” “Atəşgah”ı keçdi – Top 5-lik

2016-09-02 10:31:00

Bu ilin  yanvar-iyul aylarının nəticələrinə əsasən ən çox sığorta haqqı toplayan  5 qeyri-həyat sığorta şirkəti məlum olub. Fins.az-ın məlumatına görə, bu şirkətlərin topladığı sığorta haqlarının sığorta bazarının 49,5 %-ni təşkil edib. Belə ki, bazar üzrə ümumi yığımların həcmi  325,34 milyon manat təşkil edib.  5 şirkətin topladığı sığorta haqqlarının cəmi isə 161,16 milyon manat olub.

“PAŞA Sığorta”  yenə bazarın lideridir

“PAŞA Sığorta”  yenə də bazarın lideridir. Şirkətin yığımları ötən ilin 7 ayı ilə müqayisədə 27,3% artaraq 70,9 milyon manata çatıb. Şirkətin ödənişləri isə 46,8 % artaraq  24,223 milyon manat təşkil edib.

“Azərsığorta” ikinci olub

“Azərsığorta” yığımlarının həcminə görə, “Atəşgah”ı üstələyərək 2-ci pilləyə yüksəlib. Şirkətin yığımları 39,3% artaraq  34,21 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə  sığorta şirkətinin ödənişləri isə 42,96% artaraq 10,393 milyon manat olub.

Atəşgah” 3-cü pilləyə  düşüb“

Yığımlarının həcminə görə  18,9%  azalma olsa da, “Atəşgah” sığorta şirkətlərinin ilk beşliyində qalmağı bacarıb.Sığorta şirkətinin yığımların ötən ilin eyni dövrü ilə müqayisədə 29,88 milyon manatdan 24,23 milyon manata kimi azalıb. Şirkətin ödənişlərində də geriləmə müşahidə olunur. Yanvar-iyul aylarının nəticələrinə əsasən ödənişlər 4,27% azalaraq 8,682 milyon manata düşüb.

“İpək Yolu” 4-cüdür

“İpək Yolu” sığorta şirkəti isə “AzSığorta”nı ötənilki yerindən məhrum edib. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarının həcminə görə, bir pillə irəliləyərək sığorta bazarının 4-cüsü olub.Şirkətin  yığımları 9,8% artaraq 16,85 milyon manat olub. Şirkətin ödənişləri nə az nə çox 55,6 dəfə artaraq 244 min manat olub.

“Meqa Sığorta” 5-liyə daxil olub

“Meqa Sığorta” yığımlarının həcminə görə  20,71%  artımla sığorta bazarının ilk beşliyinə daxil olmağı bacarıb. Şirkətin ümumi yığımlarının həcmi 14,97 milyon manat olub. Sığorta şirkətinin ödənişləri 34,47%  artaraq 1,59 milyon manata yüksəlib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275