SIĞORTA

Sığorta müqavilələri və ödənişlər artıb – STATİSTİKA
01 SENTYABR
322

Sığorta müqavilələri və ödənişlər artıb – STATİSTİKA

2016-09-01 10:11:00

2016-cı ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 355 müqavilə qeydiyyata alınıb.  Bürodan fins.az-a verilən məlumata görə, onların 14 062-si xarici ölkədə qeydiyyata alınan və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

2016-cı ilin avqust ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 milyon manat olub.

2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 4,7%, sığorta haqlarının məbləğində isə 2,6% artım müşahidə edilib.

Avqust ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyul ayı ilə müqayisədə 1.7% artaraq 79.2 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274