SIĞORTA

“QALA Həyat” “Atəşgah Həyat”ı geridə qoydu
31 AVQUST
570

“QALA Həyat” “Atəşgah Həyat”ı geridə qoydu

2016-08-31 10:42:00

Bu ilin yanvar-iyul aylarının nəticələrinə əsasən həyat sığorta bazarında yeni dəyişikliklər ortaya çıxıb. Fins.az-ın məlumatına görə,  “Qala Həyat” sığorta şirkəti bazaar payına görə, adətən “PAŞA Həyat”dan sonra ikinci pillədə qərarlaşan  “Atəşgah Həyat” geridə qoyub.

Ödənişlərin həcminə görə “Atəşgah Həyat” yenə də ikinci olaraq qalmaqda davam edir. 

Bir ayda  “QALA HƏYAT”ın yığımları 5,5 milyon manat artıb  

Bu ilin 7 ayında “PAŞA Həyat” 49,5 milyon manat, “Qala Həyat”   22, 4 milyon , “Atəşgah Həyat”  isə  21, 6 milyon manat  sığorta haqları toplayıb. Şirkətlərin ödənişləri isə müvafiq olaraq 13,5 milyon manat, 18,6 milyon manat, 11,2 milyon manat təşkil edib. 

Bu ilin 6 ayında “PAŞA Həyat Sığorta”  45,2 milyon manat,  “Atəşgah Həyat”  19 ,9 milyon manat, “Qala Həyat”ın isə 16, 9 milyon manat sığorta haqları yığıb. İyulda “Qala Həyat”ın yığımları 5,5 milyon manatdan çox artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270