SIĞORTA

“AXA MBASK”ın zərərliliyi azalıb – HESABAT
31 AVQUST
143

“AXA MBASK”ın zərərliliyi azalıb – HESABAT

2016-08-31 10:28:00

“AXA MBASK” sığorta şirkətinin bu ilin 7 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, yanvar-iyul aylarında şirkətin yığımları 21 % artaraq 12 902 401 manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 10 640 401 manat olub.

Sığorta şirkətinin ödənişləri isə əksinə olaraq  25,6 % azalaraq 5 037 569 manat təşkil edib. 2015-ci ilin yanvar-iyul aylarında “AXA MBASK”ın ödəniş xərci 6 773 488  manat olub.  

Bundan əlavə şirkətin zərərliliyi azalıb. Belə ki, sığorta şirkəti ötən il topladığı hər 100 manatdan 63 manatını ödəniş olaraq geri qaytarıbsa, bu il bu rəqəm 39 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272