SIĞORTA

Azərbaycan sığorta bazarı 15 % artıb
31 AVQUST
275

Azərbaycan sığorta bazarı 15 % artıb

2016-08-31 09:58:00

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkəti 325,34 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,19 milyon manat və ya 14,9 % çoxdur. Ötən ilin 7 ayında sığorta şirkətləri 283,14 milyon manat sığorta haqqı toplaya bilib.

Fins.az-ın məlumatına görə, sığorta bazarı üzrə ödənişlərin ümumi həcmi  13,6 % artaraq 119,03 milyon olub. Ötən il isə sığorta şirkətlərinin ümumi ödəniş xərci 104,79 milyon manat təşkil edib.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272