SIĞORTA

“Azərqarant Sığorta”dan yüksək artım – HESABAT
26 AVQUST
210

“Azərqarant Sığorta”dan yüksək artım – HESABAT

2016-08-26 13:00:00

“Azərqarant Sığorta” şirkəti bu ilin 7 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımlarının həcmi  43,7 % artaraq 201 060 manat təşkil edib. 5 616 2015-ci ilin yanvar-iyul aylarında isə 137 159 manat sığorta haqqı toplanıb.Sığorta haqqlarının 180 903 manatı fərdi qəza sığortasının, 19 300 manatı tibbi sığortanın və 857 manatı əmlak sığortasının payına düşüb.

Sığorta şirkəti topladığı hər 100 manatdan 3 manatını  ödəniş olaraq müştərilərinə qaytarıb.Yığımlardan fərqli olaraq şirkətin ödənişləri  59,6 % azalıb. Belə ki, ötən ilin 7 ayında 1624 manat ödəniş edilibsə, bu il bu rəqəm 655 manat olub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272