SIĞORTA

ADIF-dən sığorta şirkətinin səhmdarlarına – MÜRACİƏT
26 AVQUST
346

ADIF-dən sığorta şirkətinin səhmdarlarına – MÜRACİƏT

2016-08-26 10:23:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu(ADİF) “Başak İnam” sığorta şirkətinin səhmdarlarına avqust ayının 25-də rəsmi məktub ünvanlayıb. Bunu fins.az-a açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib. İcraçı direktorun sözlərinə görə, rəsmi məktubda ləğvetmədə olan "Zaminbank"ın “Başak İnam”dakı payı  şirkətin digər səhmdarlarına təklif edilib. Sığorta şirkətinin səhmdarları bu payı almaqdan imtina etsələr, bu zaman səhmlər  bazara çıxarılacaq.

Eləcə də bax: “Zamin Bank”ın sığorta şirkətindəki payı satışa çıxarılır

Qeyd edək ki, “Başak İnam”ın 24%  (1,697 mln. manat) səhmdarı hazırda ləğvetmə prosesində olan “Zamin Bank”dır. Bankın ləğvedicisi ADİF olduğundan bankın sığorta şirkətindəki payı da bu qurumun nəzarətinə keçib. 

Qeyd edək ki, “Başak İnam”ın səhmdarları arasında “Zamin Bank”la yanaşı, “Azər-Türk Bank”, “Aqrar-Kredit”, “Turanbank”, “Groupama” şirkəti və fiziki şəxslər yer alıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275