SIĞORTA

Daha bir şirkət “Yaşıl Kart”a qoşuldu
25 AVQUST
746

Daha bir şirkət “Yaşıl Kart”a qoşuldu

2016-08-25 14:22:00

Azərbaycanda daha bir sığorta şirkəti Yaşıl Kart sisteminə qoşulub. Bu barədə fins.az-a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib. Bürodan bildirilib ki, “Günay Sığorta” şirkəti  avqust ayının 25-dən etibarən Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib.

Bununla da "Yaşıl Kart"a qoşulan şirkətlərin sayı 14-ə çatıb.

Qeyd edək ki, hazırda bu sistemə "Günay Sığorta" ilə yanaşı,  “AXA MBASK”, “Xalq Sığorta”, “AZSIĞORTA” , “Meqa Sığorta”, “AtaSığorta”, “Paşa Sığorta”, “Standart İnsurance”, “Azərbaycan Sənaye Sığorta”,  “İpək Yolu Sığorta”, “Atəşgah”, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti,  “Alfa Sığorta” və “Qala Sığorta” daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270