SIĞORTA

“Günay Sığorta”nın rəhbərliyində dəyişiklik
25 AVQUST
396

“Günay Sığorta”nın rəhbərliyində dəyişiklik

2016-08-25 12:26:00

  "Günay Sığorta" şirkətinin rəhbərliyinin yeni tərkibi məlum olub. Fins.az-ın şirkətin saytına istinadən məlumatına görə,   direktorlar şurasının üzvlərinin sayı 3-dən 5-ə çatdırılıb. Digər üzvləri Mahmud Məmmədov və Emin Ağayevlə yanaşı, Leyla Nağıyeva,Həsən Bədəlov Şuraya üzv seçiliblər.

Bundan başqa, şirkətin Təftiş Komissiyasının sədri Hikmət Nəzirov seçilib.Komissiyanın üzvləri isə Elşən Süleymanov və Elmar Məmmədzadə olub.

Şirkətin əvvəlki idarə heyətinin sədri Vüqar Rəcəbov idarə heyətinin üzvü seçilib. O eyni zamanda  “Günay Sığorta”nın marketinq departamentinin rəhbəri təyin edilib.

Bundan əlavə, Kənan Əsgərov  şirkətin təkrarsığorta və anderaytinq departamentinin rəhbəri təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271