SIĞORTA

Yığımlar 27,3 milyon manat artıb – SIĞORTA HESABATI
25 AVQUST
279

Yığımlar 27,3 milyon manat artıb – SIĞORTA HESABATI

2016-08-25 10:13:00

“Paşa Sığorta” şirkətinin bu ilin 7 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi  62,7 % artaraq 70 902 332 manat olub. Başqa sözlə, şirkətin yığımları 27 343 201 manat artıb. Ötən ilin birinci yarısında isə toplanan sığorta haqqlarının ümumi həcmi 43 559 131 manat olub. Şirkət iyul ayında 6 291 440 manat sığorta haqqı toplayıb.

 “Paşa Sığorta”  topladığı hər 100 manatdan  34,1 manatını müştərilərinə geri qaytarıb. Şirkətin yığımları ilə yanaşı, ödənişləri  də 46,8 % artıb. 2015-ci ilin yanvar-iyul aylarında  sığorta şirkəti 16 498 450 manat sığorta ödənişi həyata keçiribsə, bu ilin 7 ayında bu rəqəm 24 222 817 manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275