SIĞORTA

Əfqanıstanda təyyarə qəzası ilə bağlı sığorta ödənişi başladı
24 AVQUST
320

Əfqanıstanda təyyarə qəzası ilə bağlı sığorta ödənişi başladı

2016-08-24 10:48:00

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsinə görə sığorta ödənişi başlayıb. Bu barədə fins.az-a təyyarənin və ekipaj üzvlərinin sığortalandığı “İpək Yolu Sığorta” şirkətindən məlumat verilib. Şirkətdən bildirilib ki,  qəza ilə bağlı araşdırmalar davam etdiyindən hələlik ümumi dəyən ziyanın həcmi məlum deyil. Amma artıq ilkin olaraq hissə-hissə sığorta ödənişlərinə başlanılıb.Belə ki, iyul ayında hava nəqliyyatı vasitələrinin sığortası üzrə qəza uğrayan təyyarəyə dəyən ziyan üzrə 200 min manat sığorta ödənişi verilib. Şirkətdən verilən məlumata görə, qəzada həlak olan və xəsarət alan ekipaj üzvlərinə görə də kompensasiya veriləcək. 

Eləcə də bax: Təyyarədə həlak olanlara sığorta pulu veriləcək - AÇIQLAMA

 Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisədən sonra açıqlamasında təyyarə qəzasında 7 nəfərin həlak olduğunu, 2 nəfərin isə sağ qaldığını açıqlamışdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270