SIĞORTA

"Qala Sığorta" yeni işçilər cəlb edib
23 AVQUST
623

"Qala Sığorta" yeni işçilər cəlb edib

2016-08-23 18:11:00

Yenidən qurulan “Qala Sığorta” şirkətinə işçilər cəlb edilib. Bu barədə fins.az-a “Qala Sığorta" şirkətinin  idarə heyətinin sədri Viladi Maniyev bildirib. Onun sözlərinə görə,  sığorta şirkətinə yeni yaradılan 8 nümayəndəliyi ilə birlikdə  25-dən çox işçi fəaliyyətə başlayıb. Bununla da ştat vahidi üzrə  şirkətdə iş yerlərinin sayı 32-yə çatıb.

Eləcədə bax: Sığorta şirkətinin rəhbərliyində təyinat

İyul ayından etibarən şirkət daxilində satış, investisiyalar,  kadrlarla iş və iddialara nəzarət departmentlərinə də yeni təyinatlar olub. O cümlədən,  fəaliyyətini dayandırmış “Qarant Sığorta” şirkətinin rəhbəri Fuad Allahverdiyev hələlik şirkətin iddialara nəzarət departamentlərinə direktor təyin edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275