SIĞORTA

Bu şirkətin yığımları 34 % azalıb – HESABAT
23 AVQUST
168

Bu şirkətin yığımları 34 % azalıb – HESABAT

2016-08-23 09:48:00

“Rəvan Sığorta”nın bu ilin 7 ayı üzrə nəticələri məlum olub.Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta yığımlarının həcmi  34,2 % azalaraq 701 361 manat olub. Ötən ilin yanvar-iyul aylarında isə sığorta şirkəti 1 065 842manat sığorta haqqı toplayıb. İyul ayında şirkətin  topladığı sığorta haqqları 69 905 manat təşkil edib.Sığorta yığımlarının böyük hissəsi könüllü əmlak sığortasının, kasko sığortanın, səfər, yük, məsuliyyət və fərdi qəza sığortasının payına düşüb. 

Sığorta şirkətinin topladığı hər 100 manatdan 70,8 manatını müştərilərinə geri qaytarıb.“Rəvan Sığorta”nın yığımları ilə yanaşı ödənişləri  31,2 % azalaraq 497 438manat olub. 2015-ci ilin 7 ayında sığorta şirkətinin ödənişləri 723 717manat təşkil edib.

Sığorta şirkətinin ödənişlərinin cəmi  300 manatı fərdi qəza sığortasına görə verilib. Ödənişlərin qalan 497 138 manatı avtomobillərin könüllü sığortası üzrə təmir xərclərinə ödənilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274